Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı dəstəsi dünən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralanan rusları Aktaudan aparıb.
Yerli media yazır ki, Fövqəladə Hallar Nazirliyinin Moskvaya uçan təyyarəsində olan 9 yaralıdan biri uşaqdır. Rusiya Səhiyyə Nazirliyi bildirib ki, təyyarə qəzasında yaralanan üç rusiyalının vəziyyəti son dərəcə ağır, bir xəstənin vəziyyəti ağır, daha beş nəfərin, o cümlədən bir uşağın vəziyyəti orta ağırdır.
Xatırladaq ki, ötən gün Qazaxıstanın qərbindəki Aktau şəhərində təyyarə qəzası baş verib. Son məlumatlara görə, Bakı-Qroznı marşrutu ilə uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə qəzaya uğrayarkən göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. 29 nəfər sağ qalıb, onların doqquzu rus, 37 nəfəri azərbaycanlıdır.
Hələlik qəzanın səbəbləri ilə bağlı rəsmi versiya yoxdur. Faktla bağlı araşdırma aparılır. Müxtəlif departamentlərin və media mənbələrinin istinad etdiyi versiyalar arasında quş sürüsü ilə toqquşma, göyərtədə oksigen çəninin partlaması və texniki nasazlıq var. Çərşənbə günü axşam “qara qutu”nun tapıldığı məlum olub.
Rəsmi versiyaya görə, artıq eniş zamanı Çeçenistanın paytaxtı üzərində güclü duman səbəbindən təyyarə Mahaçqaladakı alternativ aerodromuna yönləndirilib. Lakin kursun dəyişməsinin əsl səbəbinin Ukrayna pilotsuz təyyarələrinin hücumu da ola biləcəyi iddia edilir.
Ancaq “Flihgtradar” xidməti təyyarənin Qroznıya yaxınlaşdığını, lakin güclü duman səbəbindən oraya enə bilməyəcəyini təsdiqləyib.
“Azərbaycan Hava Yolları” “Embraer 190” təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalar başa çatana qədər Bakıdan Qroznı və Mahaçqalaya uçuşları dayandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-nı təyyarənin qəzaya uğraması ilə əlaqədar ölkədə matəm günü elan edib.
“AzPolitika.info”