Bakı hava limanında AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə lövhə quraşdırılıb.
Sərnişinlər və hava limanının əməkdaşları xatirə lövhəsinin qarşısına gül qoyurlar.
Dekabrın 25-də baş vermiş aviaqəzada sağ qalan 12 nəfərin günorta saatlarında Aktaudan xüsusi reyslə Bakıya gətiriləcəyi gözlənilir.