Ajans.az xəbər verir ki, Özkanın keçmişdə ürək əməliyyatı keçirdiyi bildirilib. Vəkili əməliyyatın lazımi müayinələr aparılmadan edildiyini iddia edərək, “Onun ölümü ilə bağlı bütün məsuliyyət daşıyanların və səhlənkarlığın yarılmadan sonra üzə çıxacağı qənaətindəyik” ifadələrini işlədib.
Bursada yaşayan və televiziya proqramı sayəsində sosial mediada fenomenə çevrilən Neşe Özkan (27) dekabrın 18-də İstanbulun Qaziosmanpaşa səmtindəki özəl xəstəxanalardan birində abdominoplastika və sinə kiçiltmə əməliyyatı keçirdikdən sonra vəfat edib. Həyat yoldaşı İsgəndər Özkan ürək tutması nəticəsində öldüyü elan edilən həyat yoldaşının ölümündə səhlənkarlıq olduğunu iddia edib.
İsgəndər Özkan həyat yoldaşının əməliyyatından əvvəl lazımi müayinələrin tamamlanmadığını iddia edib. İsgəndər Özkanın vəkili Ayşegül Mermer gənc fenomenin ölümünün şübhəli olmasına baxmayaraq, yarılma aparılmadığına diqqət çəkib. Məsələ ilə bağlı məhkəmə prosesinin başladığını açıqlayan Mermer, Özkanın Bursadakı məzarının Qaziosmanpaşa Respublika Prokurorluğunun təlimatı ilə açıldığını bildirib.
Dünən ekspert nəzarətində açılan məzardan çıxarılan Neşe Özkanın cənazəsi Bursa Ədliyyə Tibb Qurumunda aparılan müayinədən sonra bu gün yenidən torpağa tapşırılıb.