AZ

Təyyarə qəzasında yaralananların vəziyyəti ilə bağlı YENİ AÇIQLAMA

Mankistau bölgəsindəki həkimlər AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında baş verən qəzasından sağ çıxan sərnişinlərin vəziyyəti ilə bağlı açıqlama verib.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 27 yaralı çatdırılıb:

Reanimasiya şöbəsində: 11 nəfər;

Travmatologiya şöbəsində: 13 nəfər;

Neyrocərrahiyyə şöbəsində: 2 nəfər;

Cərrahiyyə şöbəsində: 1 nəfər.

Həkimlərin verdiyi məlumata görə, yaralanan sərnişinlər müxtəlif zədələr alıblar:

Qapalı kəllə-beyin travması;

Beyin silkələnməsi;

Qapalı sinə travmaları;

1-2 dərəcəli travmatik şok.

Reanimasiyadakıların da vəziyyəti məlum olub:

3 xəstə stabil ağır vəziyyətdədir;

7 xəstə ağır vəziyyətdədir;

1 qadın xəstə isə kritik və qeyri-stabil vəziyyətdədir.

Bütün yaralılara müvafiq diaqnostika və ilkin yardım göstərildikdən sonra vəziyyətləri sabitləşdirilərək müvafiq şöbələrə yerləşdirilib.

Milliyyət və şəxsiyyət təsdiq olunan yaralılar barədə məlumat verilib.

Yaralananlar arasında:

16 nəfər Azərbaycan vətəndaşı;

8 nəfər Rusiya vətəndaşı;

3 nəfər Qırğızıstan vətəndaşıdır.

Mankistau Səhiyyə İdarəsi bildirib ki, iki pasiyentin şəxsiyyəti müəyyən edilir, onlardan biri Azərbaycan vətəndaşı artıq təsdiqlənib.

Seçilən
12
demokrat.az

1Mənbələr