ABŞ-nin Çikaqodan Mauiyə uçan “United Aidlines”ə aid təyyarədə eniş zamanı təkər yuvasında cəsəd olduğu məlum olub.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, cəsəd Kahului Hava Limanına enən sərnişin təyyarəsində aparılan yoxlama zamanı tapılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Cəsədin təyyarə təkərinin girdiyi boşluq hissəyə nə zaman və necə girdiyi hələlik məlum deyil.
Bildirilib ki, təkərin yuvası adlandırılan hissəyə ancaq xaricdən giriş mümkündür. O hissəyə təyyarənin içindən yol yoxdur və giriş mümkün deyil. Hazırda cəsədin kimə aid olduğu, ora necə girdiyi və nə zaman girdiyi araşdırılır.
Nigar