AZ

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Astanadakı səfirliyində olub

Qazaxıstanın Baş naziri Oljas Bektenov dekabrın 26-da Azərbaycanın Astanadakı səfirliyində olub.

AZƏRTAC xəbər verir ki, səfirlikdə Baş nazir Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzası ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Oljas Bektenov başsağlığı kitabında ürək sözlərini yazıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
15
2
xalqqazeti.az

3Mənbələr