AZ

"Flightradar"dan təyyarə qəzası ilə bağlı paralel: Digəri də... 

Uçuş izləmə şirkəti "Flightradar" Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli təyyarənin qəzaya uğraması ilə bəzi maarqlı detalları açıqlayıb.

Ölkə.Az xəbər verir ki, "Flightradar" AZAL-a məxsus təyyarənin qəzaya uğramasını 2018-ci ildə idarəetmə problemləri səbəbindən Portuqaliyada təcili eniş etməsi arasındakı oxşarlıqlara diqqət çəkib.

Uçuş izləmə şirkəti "Flightradar 24" X (tvitter) paylaşımında AZAL-a məxsus təyyarənin uçuşun son 74 dəqiqəsində 100-dən çox hündürlük dəyişikliyi yaşadığı və uçuş marşrutu boyunca bəzi xəritələrdə siqnalın kəsildiyi yerlərin olduğu bildirilib.

Qeyd edilir ki, 2018-ci ildə Qazaxıstanın “Air Astana” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarə iqlim şəraiti səbəbindən idarəetmə problemləri ilə üzləşərək Portuqaliyada məcburi eniş edib.

Pilotların uzun müddət manevr edə bilməməsi və avtopilotun təyyarədə işə düşməməsi səbəbindən uçuş heyəti fövqəladə vəziyyət elan edib.

Portuqaliyadan Belarusun paytaxtı Minskə, oradan da Qazaxıstanın Almata şəhərinə gedən təyyarə xilasetmə manevrləri səbəbindən ciddi struktur yükləri altında olub və nəzarətsiz şəkildə fırlanmağa başlayıb.

Pilotlar təyyarəni tamamilə əl ilə idarə etmək qərarına gəlsələr də, uçuş idarəetmə kompüteri də sıradan çıxıb. Manuel uçuşda da problemlər yaşayan təyyarə bütün bunlara baxmayaraq uğurlu eniş edib. Araşdırma zamanı məlum olub ki, aleron kabellər səhv bağlanıb.

Cəmi 2 pilotla uça bilən, əkiz mühərrikli və 98-dən 114-ə qədər oturacaq yerləşdirə bilən "E190"lar 36,25 metr uzunluğunda, 10,57 metr hündürlüyündədir və maksimum 51 min 800 kiloqram çəki ilə havaya qalxa bilir.

Sözügedən təyyarə 12 min metr yüksəklikdə saatda maksimum 871 kilometr sürətlə uça bilir. Kruiz sürəti saatda 829 kilometrdir.

Maksimum uçuş mənzili 4 min 537 kilometr olan təyyarə 2 min 100 metr uçuş-enmə zolağından qalxa bilir. Eniş zolağının məsafəsi 1244 metrdir.

Mürtəza
Ölkə.Az

Seçilən
18
olke.az

1Mənbələr