Qazaxıstan Senatının sədri Maulen Aşımbayev Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda baş verən qəzasına münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, Qazaxıstan mətbuatının məlumatına görə, Aşımbayev hadisənin araşdırılmasına Qazaxıstan, Azərbaycan və Rusiyanın müvafiq qurumlarının cəlb olunduğunu vurğulayıb. O, açıqlamasında ehtimallar üzərindən nəticə çıxarmağın doğru olmadığını bildirib:
"Bir fotoşəkildən dərhal nəticə çıxarmaq və ya bunu hansısa hərəkətlərin nəticəsi adlandırmaq yalnız fərziyyədir. Belə qiymətləndirmələr əsassızdır və qeyri-etikdir. Bu cür iddialar bəzi şəxslərin diqqət çəkmək və şəxsi maraqları üçün istifadə etdiklərini göstərir. Hazırda mütəxəssislər, ekspertlər və komissiya üzvləri məsələ üzərində işləyir. Nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan bu prosesdə məlumatları gizlətmək niyyətindədir".
Qeyd edək ki, qəzaya səbəb olan amillər hələ araşdırılır və nəticələrin açıqlanması müvafiq qurumların işinə əsaslanacaq.
Telegram kanalımız