AZ

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

Aktau, 26 dekabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar ölkəmizin Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Türkiyənin, İranın, Özbəkistanın və Türkmənistanın baş konsulları, Qazaxıstanın ictimai təşkilatlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Anım tədbirinin iştirakçıları baş konsulluqdakı xatirə kitabına ürək sözlərini yazıblar. Bundan başqa, xarici ölkələri təmsil edən baş konsullar bu faciəli hadisə ilə əlaqədar başsağlığı veriblər.

Daha sonra qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seçilən
23
15
azertag.az

10Mənbələr