AZ

Qəzada həlak olan 29 yaşlı qız həkim imiş - 3 gün əvvəl... - FOTO

Ajans.az xəbər verir ki, ölənlər arasında gənc diş həkimi Səlimə Cutayeva da var.

Dekabrın 25-də Embraer ERJ-190 təyyarəsinin göyərtəsində olan altı Qazaxıstan vətəndaşının hamısının adı rəsmən açıqlanıb. Onların arasında Manqistau vilayətinin üç yerli sakini, Astana sakini və onun oğlu və Kostanay vilayətindən olan Səlimə Cutayeva da var.

Səlimə 29 yaşında idi və Kostanayda diş həkimi işləyirdi.

Səlimə Cutayeva faciədən üç gün əvvəl özünün İnstaqram səhifəsində post yerləşdirib və Azərbaycan dilində “sən yağışlı gündə günəş kimisən” sitatını yazıb.

Seçilən
13
Ajans.az

1Mənbələr