AZ

Arzusu doğulduğu şəhəri görmək idi - Tutunçuyevin atası danışdı

Mahmud Vladiqafqazda anadan olub, yaş yarıma qədər orada yaşayıb, sonra Azərbaycana köçmüşük. İstirahət məqsədilə əmilərinin yanına gedirdi.

Bunu Teleqraf.com-a Qazaxıstanın Aktua şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədə həlak olmuş Mahmud Tutunçuyevin atası Muhuma Tutunçuyev deyib.

“Məktəbi Sumqayıt şəhərində oxuyub.Bakı Avrasiya Universitetinin 3-cü kursunda təhsil alır, evin tək uşağıdır”, - deyə o əlavə edib.

Muhuma Tumuçuyev üç qardaşının Vladiqafqazda yaşadığını və Yeni illə əlaqədar Mahmudun əmilərinin yanına getdiyini bildirib: “Arzusu doğulduğu şəhəri görmək olub. Təyyarəyə minəndə telefonla danışdıq. Aeroportdan dostu yola salmışdı. Daha sonra heç bir xəbər ala bilmədik. Acı xəbəri sosial şəbəkələrdən öyrəndim”.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
55
2
teleqraf.com

3Mənbələr