“Allah o günahsız insanların yaxınlarına səbir, güc versin ki, bu böyük faciəyə davam gətirə bilsinlər”.
Bunu Yenicag.az-a açıqlamaında tanınmış şair Baba Vəziroğlu Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda elan olunan matəm günü ilə əlaqədar fikirlərini bölüşərkən deyib.
O, faciədə həyatını itirənlərlə bağlı kədərini ifadə edib:
“Çox ağrılı gündür. Faciənin ikinci günündə dünyadan köçən günahsız insanların ruhunu yad edirik. İndi nə qədər kəndlərdə, evlərdə yas mərasimləri qurulub, doğmalarını itirən insanlar hüzn içərisində acı yaşayır. Allah qəzada həyatını itirənlərə rəhmət, yaralılara şəfa versin. Allah o günahsız insanların yaxınlarına səbir, güc versin ki, bu böyük faciəyə davam gətirə bilsinlər”.
Cəvahir