Bakı. Trend:
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsinəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Heydər ƏliyevBeynəlxalq Aeroportunda xatirə stendi quraşdırılıb.
Trend xəbərverir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumatverilib.
""Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsindəitirdiyimiz əziz insanları heç vaxt unutmayacağıq. Bu itkilər bütövbir cəmiyyətin ürəyində yara açdı. Bu itki bizi daha həssas vəbir-birimizə bağlı olmağa səsləyir.
Məhz bu səbəbdən Bakı aeroportunda, Terminal 2-nin cənubgirişində, quraşdırılan xatirə stendi xüsusi bir məna daşıyır.Stend hər kəs üçün açıqdır. Ziyarətçilər burada qəlblərindəkiduaları, xatirələri və ehtiramlarını paylaşa bilərlər.
Qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhlarışad, xatirələri əbədi olsun", - deyə AZAL-dan bildirilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.