AZ

"Embraer-190" qəzaya uğramış sərnişinlərə xatirə stendi qoyuldu

"Azərbaycan Hava Yolları" aviaşirkəti faciəvi şəkildə qəzaya uğramış "Embraer-190" təyyarəsində həyatını itirən sərnişinləri ehtiramla yad edir. Bu barədə şirkətin yaydığı açıqlamada bildirilib ki, baş vermiş faciə bütün cəmiyyətin ürəyində dərin yara açıb və hər kəsi daha həssas və bir-birinə bağlı olmağa səsləyib.

QHT.az xəbər verir ki. Bakı Beynəlxalq Hava Limanının Terminal 2-nin cənub girişində quraşdırılan xatirə stendi xüsusi bir mənaya malikdir. Bu stend hər kəs üçün açıqdır və ziyarətçilər burada dualarını, xatirələrini və ehtiramlarını paylaşa bilərlər.

"Azərbaycan Hava Yolları" qəzada həyatını itirənlərin ruhlarının şad olmasını arzulayır və onların xatirəsini əbədi olaraq yaşadacağını vurğulayıb.

Seçilən
75
qht.az

1Mənbələr