AZ

Pilotun həyat yoldaşı danışdı: “Onun öldüyü...” – FOTO

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin pilotu İqor Kşnyakinin həyat yoldaşı hələ də ölümü ilə bağlı rəsmi məlumat verilmədiyini deyib. 

Milli.Az xəbər verir ki, Kşnyakinin həyat yoldaşı "RT" yə açıqlamasında onun çox təcrübəli pilot olduğunu bildirib.

"Biz hazırda prokurorluqdayıq. Mənə hələ İqorun ölümü ilə bağlı rəsmi məlumat verilməyib. Yoldaşım çox təcrübəli və peşəkar pilot idi. O, uzun illərdir müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirib. Lakin neçə ildir xidmət göstərdiyini dəqiq bilmirəm", - Kşnyakinin xanımı deyib.

Qeyd edək ki, təyyarədə olan 5 ekipaj üzvündən 3-nün həlak olduğu, ikisinin yaralı şəkildə xəstəxanaya çatdırıldığı açıqlanıb. /Globalinfo.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
3
milli.az

4Mənbələr