AZ

Kadi təyyarə qəzasına biganə qalmayıb

“Qarabağ"ın sabiq futbolçusu Kadi Borges Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

İdman.biz xəbər verir ki, 28 yaşlı braziliyalı yarımmüdafiəçi bununla bağlı paylaşım edib.

O, sosial şəbəkə hesablarında faciədə həlak olanlara başsağlığı verib: “Allah rəhmət eləsin”.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

İdman.biz

Seçilən
8
1
idman.biz

2Mənbələr