\"Facebook\"da tanınmış şirkətləri hədəf alan yeni fırıldaqçılıq üsulu aşkar edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, \"Facebook”un biznes üçün təqdim etdiyi \"Meta for Business” platformasından istifadə edən fırıldaqçılar səhifələrin qadağan edildiyini iddia edərək hesablara giriş tələb edirlər.
Göndərilən elektron məktublar araşdırıldıqda \"Facebook\"un səlahiyyətli şəxslərinin həmin məktubları göndərmədiyi və saxta elektron məktublardan istifadə edildiyi anlaşılıb.
Göndərilən xəbərdarlıq mesajındakı keçid açıldıqda istifadəçilər \"Facebook Messenger\"ə yönləndirilir.
Məlum olub ki, özlərini \"Facebook\" dəstək xətti kimi təqdim edən saxta istifadəçilər stress altında olan insanları asanlıqla aldada bilirlər.
Mütəxəssislər istifadəçilərə xəbərdarlıq edib ki, səhifələri oğurlamaq və onları səhifə sahiblərini müəllif hüquqlarını pozmaqda ittiham edən e-poçtlardakı linkə yönləndirmək istəyən istifadəçilərə qarşı diqqətli olsunlar.
Onlar bu cür hücumlardan qorunmaq üçün aşağıdakıları tövsiyə ediblər:
1. Sosial media hesablarınızda iki faktorlu autentifikasiyadan istifadə edin.
2. Şübhəli giriş bildirişlərinə diqqət yetirin.
3. Hesablarda istifadə edilən parolların güclü olduğundan və başqa platformada istifadə olunmadığından əmin olun.
4. Etimad məlumatlarınızı və e-poçt məlumatlarınızı tələb edən ünvanları diqqətlə yoxlayın.