AZ

"Təəccübləndim, Hökümə elə yazan deyildi..." - Xalası qızı

"Hökümə ciddi bir qadın idi".

Bu sözləri Teleqraf.com-a açıqlamasında təyyarə qəzasında həlak olan Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva deyib.

O, bir neçə gün əvvəl "WhatsApp"da Hökümə ilə danışdığını bildirib.

"Qızımla şəkil paylanmışdım, Hökümə ora ürək reaksiyası qoymuşdu. O, elə şeylər yazan deyildi. Xaraktercə çox ciddi qız idi. Xalama dedim ki, Hökümə məni təəccübləndirdi, nə yaxşı belə smaylk qoyub? O da cavab verdi ki, statusa elə də fikir verən deyil, bilmirəm niyə elə yazıb...

Hökumə iki il əvvəl ailə qurub, övladı yoxdur. Dünən axşama qədər sağ olduğunu düşünürdük, axşam qardaşından DNT analizi götürdülər və məlum oldu ki, Hökumə həlak olub".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
13
20
teleqraf.com

10Mənbələr