AZ

“Quşların eyni anda iki mühərrikə girməsi mümkün deyil”- Təyyarə qəzası ilə bağlı rəylər 

“Uçuşdan əvvəl ekipaj əvvəlcədən alternativ aerodromları müəyyənləşdirir. Yanacağın miqdarı, hava şəraiti, sərhədləri keçmək zərurəti və digər parametrlər hesablanır.  Çox güman ki, onlar Aktaunu alternativ hava limanlarından biri kimi planlaşdırıblar. Bu baxımdan ekipaj normal hərəkət edib. Başa düşdüyüm kimi, hava şəraitinə görə Mahaçqalaya enə bilməyib, (təyyarə Qroznıdan ora yönləndirilib), komandir Aktauda eniş etmək qərarına gəlib. Bu, uçuş təhlükəsizliyini təmin etmək üçün normal bir təcrübədir”.

Ulusal.az  xəbər verir ki, bunu aviasiya üzrə ekspert Serik Muxtıbayev Aktauda baş verən təyyarə qəzasından danışarkən deyib.

“Təyyarədən çəkilən videoda oksigen maskalarından istifadə edildiyini müşahidə etdim. Bu, texniki bir şeyin baş verdiyini göstərə bilər. Maskalar adətən depressurizasiya zamanı və ya digər fövqəladə hallarda sərnişinlərin oksigenlə təmin edilməsi lazım olduqda işə düşür.

Təyyarə transponderdən istifadə edərək siqnal göndərir və onun köməyi ilə hərəkət izlənir. Əgər onun siqnalı itibsə, bu o deməkdir ki, elektrik kəsilmiş və ya başqa bir şey baş vermiş ola bilər. Bəlkə də pilotlar mühərriki yenidən işə salmağa çalışırdılar və bunun üçün bütün təyyarənin enerjisini kəsiblər.

Çoxlu fərziyyələr ola bilər. Amma bütün bunlara nəhayət, istintaq zamanı aydınlıq gələcək”.

Özü də pilot olan jurnalist Aleksey Pivovarov deyir ki, quşların eyni anda iki mühərrikə girməsi çətin məsələdir. Bir mühərriklə uçuşa davam etmək olar.Musavat.com

Seçilən
11
1
moderator.az

10Mənbələr