Avstraliyanın Viktoriya şəhərində 8 gündür davam edən meşə yanğını nəticəsində 66 min hektar ərazi yanaraq külə dönüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq isti hava və külək səbəbindən yanğın hələ ki, nəzarət altına alına bilmir.
Ölkənin müxtəlif ştatlarından 100-dən çox yanğınsöndürən yanğınla mübarizə aparmaq üçün buraya yola düşüb.
Grampianların müxtəlif bölgələrində yaşayan vətəndaşlardan dərhal bu əraziləri tərk etmələri xahiş olunub.