AZ

Qəzada həlak olan 26 yaşlı Raminin atası: İsti geyim almışdı ki, Çeçenistan soyuq olur

“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”.

APA xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan 26 yaşlı sərnişin Ramin İbrahimovun atası Mahir İbrahimov deyib.

O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş anasına səs göndərmişdi. Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir. Mən isə hadisənin baş verdiyini satt 11-də bildim”.

M.İbrahimob əlavə edib ki, hadisə barədə sosial şəbəkədən xəbər tutublar: “Mən evə gələndə qardaşım zəng edərək bildirdi ki, sosial şəbəkədə təyyarə qəzası ilə əlaqəli videoları görüb. Mən də tez televizoru açıb xəbəri gördüm”.


Selcan Zaurqızı

Fuad Nazimoğlu

Seçilən
63
4
apa.az

5Mənbələr