Çikaqodan Mauiyə uçan "United Airlines" təyyarəsinin yerə endikdən sonra təkər hissəsində meyit tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, Çərşənbə axşamı günortadan sonra Kahului hava limanına enən "UA202" reysinin müayinəsi zamanı əsas eniş qurğusunun təkər quyusunda cəsədin olduğu müəyyən edilib.
Maui Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.
“United Airlines” meyitin təyyarənin təkər hissəsinə necə və nə vaxt düşdüyünü hələ müəyyən edilmədiyini açıqlayıb.
Aviaşirkətdən verilən açıqlamada deyilir:
"Çərşənbə axşamı Mauidəki Kahului hava limanına endikdən sonra əsas eniş şassilərindən birinin təkər hissəsində meyit tapılıb. Bu əraziyə yalnız təyyarənin kənarından daxil olmaq mümkündür".