AZ

Xəstəxanada yeni il şənliyi iddiası: Xəstə övladına dərmanı çatdıra bilməyən ata üsyan etdi – VİDEO

Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universiteti xəstəxanası ilə bağlı qalmaqallı iddia gündəm olub.

Medianews.az xəbər verir ki, sözügedən xəstəxanada xərçəng xəstəsi olan uşağın atası mübahisəli iddia irəli sürüb.

Belə ki, övladına dərmanları çatdıra bilməyən ata xəstəxana işçilərinin yeni il şənliyi keçirdiklərini deyib. Ata şənlik səbəbiylə xərçəng xəstəsi uşağının dərmanını çatdıra bilmədiyi üçün üsyan edib.

Həmin anları telefonun kamerası ilə lentə alan ata görüntüləri sosial mediada paylaşıb.

Medianews.az

Seçilən
4
medianews.az

1Mənbələr