AZ

Təyyarə qəzasında xəsarət alanlardan 7 nəfər ölkəyə gətirilib - video

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan 7 nəfər ölkəyə gətirilib.

Yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilib.

Qeyd edək ki, 25 dekabr tarixində J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

 

Seçilən
6
6
buta.media

8Mənbələr