Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı ərazidə daha bir qara qutu tapılıb.
Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev Astanada keçirilən brifinq zamanı açıqlayıb.
O bildirib ki, qəza yerindən iki qara qutu tapılıb: “Qutular aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək.
Qeyd edilib ki, aparılan araşdırma ilə əlaqədar olaraq, zərərçəkmişlər dindirilib: “Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. Hadisə yeri ərazi polis qüvvələri tərəfindən qorunur”.
Qeyd edək ki, ötən gecə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov keçirdiyi təcili brifinq zamanı qəza yerindən bir qara qutunun tapıldığını açıqlamışdı.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta