AZ

Təyyarə qəzası nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib - VİDEO

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib.

APA xəbər verir ki, onlar AZAL-ın xüsusi reysi ilə gətirilib.

Qeyd edək ki, 25 dekabr tarixində J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Tayyərənin qəzaya uğraması nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Seçilən
6
2
apa.az

7Mənbələr