Yeni Klinikaya qəbul olunan 14 xəstənin 13-ü palata şəraitində müşahidə altındadır.
Bunu APA-ya açıqlamasında Yeni Klinikanın direktor müavini Eldar Əhmədov deyib.
"Bir xəstəmiz də reanimasiyadadır, digərlərinə nisbətən vəziyəti ağır sayılır, müalicəsi davam etdirilir. Ümumilikdə 3-4 xəstəmizin vəziyyəti orta ağır hesab oluna bilər, digərlərinin vəziyyəti isə kafidir", - Eldar Əhmədov qeyd edib.