Yazını böyüt
Yazını kiçilt
Azərbaycan hakimiyyəti Rusiyanın “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsini vurduğunu etiraf etməsini gözləyir. Bu barədə Reuters məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Eyni zamanda, insident zamanı təyyarənin uçuş yolunda ən yaxın hava limanı bağlanıb. Buna görə də xilasetmə əməliyyatı üçün sürətli eniş mümkün deyildi.
“Heç kim bunun qəsdən edildiyini iddia etmir, lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurduğunu etiraf edəcəyini gözləyir”, - mənbə bildirib.
Ləman