AZ

Vurulan təyyarənin Xəzərdə batmasını kim istəyib? –PUTİN İLK DƏQİQƏLƏRDƏN…

Ötən gün “Caliber.az” etibarlı hökumət mənbələrinə istinadla xəbər yayıb ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb. Məlumata görə, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub.

Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib. O da aydın olub ki, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi də böyük sualdır.

PUTİN İLK DƏQİQƏLƏRDƏN... 3" src="https://cdn.medianews.az/2024/12/maxresdefault-4-375x211.jpg" sizes="(max-width: 1678px) 100vw, 1678px" srcset="//cdn.medianews.az/2024/12/maxresdefault-4-375x211.jpg 375w, //cdn.medianews.az/2024/12/maxresdefault-4-1024x576.jpg 1024w, //cdn.medianews.az/2024/12/maxresdefault-4-125x70.jpg 125w, //cdn.medianews.az/2024/12/maxresdefault-4-768x432.jpg 768w, //cdn.medianews.az/2024/12/maxresdefault-4.jpg 1280w" alt="Vurulan təyyarənin Xəzərdə batmasını kim istəyib? - PUTİN İLK DƏQİQƏLƏRDƏN..." width="1678" height="944" data-pin-no-hover="true" />

Bundan başqa, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.

Ehtimal edilir ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Bütün bunlar nəzərə alınaraq, rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, xalqımızdan rəsmi qaydada üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir.

PUTİN İLK DƏQİQƏLƏRDƏN... 4" src="https://cdn.medianews.az/2024/12/1621930076_sahib-ali-375x210.jpg" sizes="(max-width: 1720px) 100vw, 1720px" srcset="//cdn.medianews.az/2024/12/1621930076_sahib-ali-375x210.jpg 375w, //cdn.medianews.az/2024/12/1621930076_sahib-ali-125x70.jpg 125w, //cdn.medianews.az/2024/12/1621930076_sahib-ali.jpg 750w" alt="Vurulan təyyarənin Xəzərdə batmasını kim istəyib? - PUTİN İLK DƏQİQƏLƏRDƏN..." width="1720" height="963" data-pin-no-hover="true" />

Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev bildirib ki, təyyarəmizin vurulduğu əvvəldən aydın olub. Millət vəkilinin sözlərinə görə, vurulmuş təyyarənin yaxınlıqdakı hava limanlarından birinə enməsinə icazənin verilməməsi, Xəzər dənizi üzərindən uzaq məsafədə yerləşən Aktau hava limanına yönləndirilməsində məqsəd onu dənizdə batırmaqla izi itirmək olub: “Artıq dəqiqləşib ki, bu, Rusiya mediasının təqdim etməyə çalışdığı kimi Ukrayna dronlarının yox, həmən dronlarla sərnişin təyyarəsini səhv salanların işidir. Təyyarəmiz Qroznı hava limanına enişə hazırlaşarkən “Pantsir-S”-lə vurulub. Böyük ehtimalla qəsdən etməyiblər. Amma vurulan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud da Mineralnıye Vodı hava limanına enməsinə izn verilməməsi, Aktauya göndərilməsi qəsdəndir və belə görünür ki, məqsəd onu dənizdə batırmaqla iz itirmək olub”.

PUTİN İLK DƏQİQƏLƏRDƏN... 5" src="https://cdn.medianews.az/2024/12/af560375a711c1c9f96e81a5a19f3d0f-1-375x250.jpg" sizes="(max-width: 1629px) 100vw, 1629px" srcset="//cdn.medianews.az/2024/12/af560375a711c1c9f96e81a5a19f3d0f-1-375x250.jpg 375w, //cdn.medianews.az/2024/12/af560375a711c1c9f96e81a5a19f3d0f-1-125x83.jpg 125w, //cdn.medianews.az/2024/12/af560375a711c1c9f96e81a5a19f3d0f-1.jpg 740w" alt="Vurulan təyyarənin Xəzərdə batmasını kim istəyib? - PUTİN İLK DƏQİQƏLƏRDƏN..." width="1629" height="1086" data-pin-no-hover="true" />

Deputat S.Alıyev deyib ki, böyük dövlətlərin bu cür xudbincəsinə davranışları, kiçiklikləri birinci dəfə müşahidə edilən hadisə deyil: “Yaxşı xatırlayırıq ki, 2020-ci ilin 9 noyabrında Rusiya helikopteri, həm də hərbi helikopteri Ermənistanınkı ilə səhv salınıb vurulanda Azərbaycan qarşı tərəfdən buna görə üzr istəmiş və gərəkən digər addımları atmışdı. Baxmayaraq ki, burada müəmmalı çox şeylər vardı. Moskvanın da baş verənlərə görə üzr istəyəcəyini, təyyarəmizi Ukrayna dronu ilə səhv salıb vuranların cəzalandırılacağını, belə hallarda beynəlxalq normaların tələb etdiyi digər addımların atılacağını gözləyirik. Həm də bu, nə qədər tez baş versə, fikrimcə, ikitərəfli əlaqələrə mənfi təsirin azaldılması baxımından bir o qədər yaxşı olar”.

PUTİN İLK DƏQİQƏLƏRDƏN... 6" src="https://cdn.medianews.az/2024/12/elxan-2-e1610111133950-375x203.jpg" sizes="(max-width: 1544px) 100vw, 1544px" srcset="//cdn.medianews.az/2024/12/elxan-2-e1610111133950-375x203.jpg 375w, //cdn.medianews.az/2024/12/elxan-2-e1610111133950-125x68.jpg 125w, //cdn.medianews.az/2024/12/elxan-2-e1610111133950-768x415.jpg 768w, //cdn.medianews.az/2024/12/elxan-2-e1610111133950.jpg 1000w" alt="Vurulan təyyarənin Xəzərdə batmasını kim istəyib? - PUTİN İLK DƏQİQƏLƏRDƏN..." width="1544" height="836" data-pin-no-hover="true" />

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Bakı-Qroznı təyyarəsinin qəzaya uğramasına nəyin səbəb olduğunu ilk dəqiqələrdən bilib: “Rusiya dövlət başçısının bu barədə məlumatlı olmaması qeyri-mümkündür. Rusiya Müdafiə Nazirliyi sərnişin təyyarəsinin “səhvən” vurulması ilə bağlı hesabatı qəzanın ilk saatlarında Kreml sahibinə çatdırıb. Böyük ehtimalla Putin həmin saatlarda MDB dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitini açarkən, Bakı-Qroznı təyyarəsinin rusiyalı hərbçilər tərəfindən vurulduğunu bilirdi. Əsas sual başqadır: Sərnişin təyyarəmiz “səhvən” vurulduqdan sonra onun Qroznı yaxınlıqdakı hava limanlarından birinə enməyə icazə verilməməsini kim əmr edib? Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib? Bu əmr Qroznıdakı yüksək rütbəli hərbçilər tərəfindən verilə bilməzdi. İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir. Bu bağışlanası hadisə deyil”.

PUTİN İLK DƏQİQƏLƏRDƏN... 7" src="https://cdn.medianews.az/2024/12/ap24360347887622-1735136132-1-375x250.webp" sizes="(max-width: 1565px) 100vw, 1565px" srcset="//cdn.medianews.az/2024/12/ap24360347887622-1735136132-1-375x250.webp 375w, //cdn.medianews.az/2024/12/ap24360347887622-1735136132-1-125x83.webp 125w, //cdn.medianews.az/2024/12/ap24360347887622-1735136132-1-768x512.webp 768w, //cdn.medianews.az/2024/12/ap24360347887622-1735136132-1.webp 770w" alt="Vurulan təyyarənin Xəzərdə batmasını kim istəyib? - PUTİN İLK DƏQİQƏLƏRDƏN..." width="1565" height="1043" data-pin-no-hover="true" />

Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38 nəfəri həyatını itirib, 29 sərnişin isə sağ qalıb. İlkin səsləndirilən versiya kimi təyyarənin quş sürüsü ilə toqquşması göstərilib./Medianews.az/

Seçilən
10
2
musavat.com

2Mənbələr