AZ

“Bir il idi bu işə keçmişdi. İşini çox sevirdi” – Qəzadan sağ çıxan stüardessa Aydanın anası danışdı

Təyyarə qəzasından sağ çıxan stüardessa Aydan Rəhimlinin vəziyyəti yaxşıdı. 

Bu barədə Lent.az-a Aydan Rəhimlinin anası Ülviyyə xanım məlumat verib. 

Onun sözlərinə görə, qızı bu gün Bakıya gətiriləcək: 

“Məni hava limanına dəvət etdilər. Hazırda ora gedirəm. Qızımın vəziyyəti yaxşıdır”.

Ülviyyə xanın onu da qeyd edib ki, Aydan bir il idi stüardessa işləyirmiş:

“Bir il idi bu işə keçmişdi. İşini çox sevirdi. Qismət, Allah hamının köməyi olsun”. 

Qeyd edək ki, stüardessa Aydan Rəhimli Zaqataladandır. 

WhatsApp%20Image%202024

Seçilən
20
millitv.net

1Mənbələr