AZ

Təyyarə qəzasında vəfat edən kapitan gimnastların atası olub - FOTO

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında Azərbaycan millisinin gimnastlarının valideyni də olub.

İdman.biz xəbər verir ki, bununla bağlı gənclər və idman nazirinin müavini Mariana Vasileva paylaşım edib.

O bildirib ki, təyyarənin kapitanı İqor Kşnyakin gimnastlarımız Anastasiya və Daryanın atasıdır: “Azərbaycan Gimnastika Federasiyasının “Gimnastika hamı üçün” növü üzrə təmsilçiləri Anastasiya və Darya Kşnyakinanın atası Kşnyakin İqor İvanoviç baş vermiş təyyarə qəzasında həyatımı itirib. Kapitan Kşnyaşkin İqor İvanoviçin timsalında bütün ekipaj üzvlərinə Allahdan rəhmət diləyirik”.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

İdman.biz

Seçilən
3727
idman.biz

1Mənbələr