“Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyada hava hücumundan müdafiə sistemi ilə vurulub”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kiril Budanov “The War Zone” nəşrinə müsahibəsi zamanı məlumat verib.
“Bildiyimizə görə, təyyarə Rusiyaya məxsus “Pantsir S1” hava hücumundan müdafiə sistemi tərəfindən Rusiya ərazisində vurulub”, - deyə o vurğulayıb.
Daşqın HəsənovMissiya.Az