AZ

İsrail aviaşirkəti Rusiyaya uçuşları dayandırdı: Səbəb Azərbaycan təyyarəsinin başına gələnlərdir

İsrailin aparıcı aviaşirkəti “El Al” “Rusiya hava məkanında baş verən hadisələrə” istinad edərək, bu həftə Təl-Əvivdən Moskvaya bütün uçuşları dayandırdığını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı “Times of Israel” qəzeti yayıb.
Şirkətdən bildirilib ki, “Uçuşun bərpa edilib-edilməyəcəyini müəyyən etmək üçün növbəti həftə vəziyyət yenidən qiymətləndiriləcək”.
İsrail qəzeti onu da yazıb ki, uçuşların təxirə salınmasının əsas səbəbi Bakı-Qroznı təyyarəsinin Rusiya HHM-lər tərəfindən vurulması ilə bağlı xəbərlərdir. “Təl Əviv analoji hadisələrin onların da başına gələ biləcəyini nəzərər alaraq, bu addımı atıb”.

Seçilən
10
tribunainfo.az

1Mənbələr