“Flightradar24” (təyyarə transponder siqnallarına əsaslanan uçuş izləmə xidməti – red.) saytı dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin traektoriyasının 3D versiyasını paylaşıb.
“AzPolitika” xəbər verir ki, sözügdən paylaşımdan görünür ki, Rusiya ərazisindəki hava limanlarına enişinə icazə verilməyən və Aktau hava limanına yönləndirilən təyyarə qəzaya uğramamışdan əvvəl Xəzər dənizini böyük çətinliklə keçib.
Traektoriyadan dan aydən olur ki, təyyarə tarazlığın pozulması səbəbindən tez-tez qalxıb-ensə də, pilotların böyük əzmkarlığı nəticəsində Aktauya çatmağa nail olub.