Manqistau Regional Multidissiplinar Xəstəxanası Aktau yaxınlığında təyyarə qəzası nəticəsində xəsarət alan xəstələrin hazırkı vəziyyəti barədə məlumat verib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.
"Hazırda təyyarə qəzasında xəsarət alan 6 xəstə müalicə olunur. Onlardan 4-ü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə ağır, üç nəfərin vəziyyəti stabil ağırdır, iki xəstə travma şöbəsində müalicəsini davam etdirir", - məlumatda deyilir.
Qeyd olunub ki, altı xəstədən üçü Azərbaycan, üçü Qırğızıstan vətəndaşıdır.
Ağarza Elçinoğlu