Xəbər verdiyimiz kimi dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlar arasında ekipajın komandiri, təcrübəli pilot İqor Kşnyakin də yer alıb.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, təcrübəli pilot İqor Kşnyakin ilk təhsilini Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbinində 1982-ci ildə pilot ixtisası üzrə almışdır.
Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometroloji İnstitutunun Meteorologiya ixtisasını bitirmişdir.
Qeyd edək ki, İqor Kşnyakinin Anastasiya və Darya adında iki qız övladı var.
Tələbə yoldaşı olan Bayram Muxtarov ATV telekanalına müsahibəsində pilot İqor Kşnyakinin təyyarə məktəbini birgə qurtardığını söyləyib.Bayram Muxtarovun sözlərinə görə, Aleksandr Kalyaninov onların yetirməsi olub.