Elm və Təhsil Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Bakı şəhəri 27 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Məhəmmədəli Eqanov və Bakı Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Mahmud Tutunçiyevin ailəsinə başsağlığı verib.
AzEdu.az xəbər verir ki, bu barədə rəsmi feysbuk hesabından paylaşım edilib.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində Bakı şəhəri 27 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Məhəmmədəli Eqanov və Bakı Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Mahmud Tutunçiyevin həlak olmalarından kədərləndiyimizi bildirir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk",- deyə qeyd edilib.