“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin “Przegladsportowy” nəşrinə müsahibə verib.
Msport.az xəbər verir ki, 24 yaşlı qolkiper Ağdam təmsilçisinin Bakıda “Dinamo”ya (Xorvatiya) məğlub olduğu (0:2) pley-off oyunu haqqında danışıb:
O, Çempionlar Liqasının himnini eşidəndə bir az stress keçirdiyini bildirib: “Bəli. Amma eyforiya daha çox idi. Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün “Qarabağ”a gəldim”.
M.Koxalski Azərbaycan haqqında da danışıb:
“Burada təhlükəsizlik hissi daha da böyükdür. Mən nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz olanları gördüm”.
Qeyd edək ki, Mateuş Koxalski cari ilin avqustunda “Qarabağ”a transfer olunub.