Bakı. Trend:
Azərbaycan Respublikası vətəndaşlarının tibbi müayinədən keçməsi(tibbi şəhadətləndirilməsi) hərbi vəzifə sayılacaq.
Trend-inxəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidməthaqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Tibbi şəhadətləndirilmə çağırışaqədər yaş həddində olanvətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanundanəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbiqulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçotixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsilmüəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsiməqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi vəqiymətləndirilməsidir.
Komitədə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif ediləndəyişikliyə əsasən isə, “çağırışdan boyun qaçırma” dedikdəvətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbişəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlaravə səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başadüşüləcək.
Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadanhərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və yasəfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətəazadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibəvaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdatəsdiq edilib.