AZ

Qazaxıstan aviaşirkəti təhlükəsizlik səbəbindən Rusiyaya uçuşları dayandırıb

Bakı. Trend:

“QAZAQ AIR” aviaşirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşlarımüvəqqəti olaraq dayandırıb.

Trend xəbər verir ki, bubarədə aviaşirkət öz "Telegram" kanalında məlumat yayıb.

“QAZAQ AIR” aviaşirkəti 28 dekabr 2024-cü ildən 27 yanvar2025-ci il tarixinədək Astana-Yekaterinburq marşrutu üzrəaviareysləri müvəqqəti olaraq dayandırmaq məcburiyyətindəqalıb.

Reyslərin dayandırılması sərnişinlərin və ekipaj üzvlərinintəhlükəsizliyini təmin etmək məqsədilə Rusiyaya uçuşlarla bağlıdavamlı olaraq aparılan risk qiymətləndirmələrinin nəticəsinəəsaslanır. Aviaşirkət hazırda risk qiymətləndirmə meyarlarına cavabverən Omsk və Novosibirsk istiqamətində uçuşları davam etdirir.Yekaterinburqa uçuşların bərpası risklərin yenidənqiymətləndirilməsindən sonra həyata keçiriləcək.

Ləğv edilmiş reyslərin sərnişinlərinə aviabiletin tam dəyəriqaytarılacaq və ya aviaşirkətin alternativ reyslərinə pulsuzbronlama təklif ediləcək", - “QAZAQ AIR”in məlumatında deyilir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.

Seçilən
32
5
az.trend.az

6Mənbələr