Bu gün səhər saatlarında Bakıdan Mineralnıye Vodı (Rusiya) istiqamətində uçan AZAL təyyarəsi geri qayıtmalı olub.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntüləri "Flightradar24" paylaşıb.
Buna dron hücumunun səbəb olduğu bildirilir.
"Azərbaycan Hava Yolları"dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı tezliklə açıqlama veriləcək.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
4Mənbələr
-
buta.mediaRusiyaya uçan AZAL təyyarəsi dron hücumuna görə geri qayıtdı ( 14420812)
-
demokrat.azTƏCİLİ! Rusiyada AZAL-ın daha bir təyyarəsinə hücum olundu ( 14420803)
-
editor.azBakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumuna görə GERİ QAYITDI ( 14420623)
-
demokrat.azTƏCİLİ! Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi GERİ QAYITDI ( 14420557)