Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin (MREC) əməkdaşları hadisə yerinə ilk gələnlər arasında olublar, onlar dərhal sərnişinlərə kömək ediblər.
"Unikal" xəbər verir ki, Qazaxıstanın Orda.kz nəşri təyyarə qəzasının şahidləri ilə danışıb və həmin taleyüklü gündə nə baş verdiyini öyrənib.
MREC əməkdaşı Abay Orgençbayev elektrik xətləri üçün dayaqlar quraşdırırməş. Günorta saat 11 radələrində səmada güclü uğultu eşidib (qəzadan yarım saat əvvəl). Təyyarə uzun müddət eniş edə bilməyib, sanki idarəetməni itirib:
"Təyyarə üzərimizdən hava limanına doğru uçdu. Amma nədənsə oraya enə bilmədi və yenidən bizim üstümüzdən uçaraq Saina Şapaqatov kəndinə tərəf üz tutdu. Düşündüm ki, təyyarə hansısa manevr edir. O, çox qeyri-adi uçurdu. Sanki idarəetməni itirmişdi. 43-cü kilometrdə qəflətən suya düşdü, lakin yerə təxminən 100 m çata bilməyib yenidən səviyyəyə qalxmağa başladı. Daha sonra təyyarə dənizə tərəf döndü. Qısa müddətdən sonra o, KCOI müəssisəsinə doğru uçdu və onun yaxınlığında yerə endi. Yerə dəydikdən sonra partladı. Bütün bunlar gözümüzün qabağında baş verdi. Partlayış zamanı təyyarə iki hissəyə parçalandı".
Hadisə şahidi deyir ki, təyyarə təxminən 10 dəqiqə yerə enməyə çalışıb. Orgençbayev hesab edir ki, pilotlar hündürlüyünü qoruyub saxlaya bilib və yaşayış binaları ilə toqquşmadan qaça biliblər. Təyyarə qəzaya uğrayan zaman işçilər dərhal qəza yerinə qaçıblar:
"Yaxınlaşanda mən insanların təyyarənin sağ qalan quyruq hissəsindən çıxdığını gördüm. Onlar özlərini itmiş vəziyyətdə idilər, səndələdilər, güclə yeriyə bilirdilər. Bəziləri oturmuşdu, çoxları ətrafda baş verənlərdən çətinliklə xəbərdar idi. İçəridə kömək üçün fəryadlar eşitdik və onları çıxarmağa tələsdik. Üç oğlan dərhal içəri girdi, digərləri çöldə qaldı və insanları kabinədən çıxarmağa kömək etdi".
Orgençbayevin həmkarı Kadırbek Toylıbay deyib ki, ən çətini quyruq hissəsində sıxışan sərnişinləri xilas etməkdir. Onları çıxarmaq üçün texnika lazım idi:
"İlk olaraq stüardessa çıxdı. Sonra uşaqlarla mən içəri girdik və yaralıları aparmağa başladıq. Onlardan biri, əli qanlı adam bizə kömək etdi. Arxa hissədə olan dörd sərnişin ən ağır xəsarətlər almışdı, Onlar ağrıdan qışqırdılar, “ayağım” ifadəsini təkrarlayıdılar və kömək üçün yalvarırdılar.
Şahidlərin dediyinə görə, təyyarədən çıxardıqları sərnişinlərin hamısı təhlükəsizlik kəməri taxıb. Və kabinənin ətrafına maskalar səpələnmişdi. İçəridən qan və kerosin iyi gəlirdi.
“Təyyarə dənizə düşsəydi, insanları xilas edə bilməzdik. Sanki Allah özü kömək etdi", - deyə elektrikçi qeyd edib.
Qazaxıstanın “Air Astana” aviaşirkətinin əməkdaşı da təcili enişin şahidi olub. Mədinə Erpanova təfərrüatları sosial şəbəkədə paylaşıb:
"İlk dəfə və ümid edirəm ki, sonuncu dəfə təyyarə qəzasının şahidi oldum. Bu gün növbədə idim... Birdən həmkarlarım xəbər verdilər ki, AZAL-ın reysi təcili eniş edir. Biri dedi ki, oksigen çəni partladı, biri dedi ki, şassi çıxmır, mühərrik tüstülənir. Gördüm ki, bütün xidmətlər platformaya toplaşıb: yanğınsöndürənlər artıq uçuş-enmə zolağında dayanıblar”.
Onun sözlərinə görə, həmin an atmosfer həddindən artıq gərgin idi. Hava limanının əməkdaşları təyyarənin hər bir hərəkətini diqqətlə izləyib.
"Biz onun uçduğunu gördük. O, xaotik uçur, sanki artıq nəsə səhv gedir. Hamının gözü yaş idi. Bir anda təyyarə gözdən itdi. Kimsə qışqırdı", - qadın deyib.
Azərbaycan Hava Yollarının “Embraer-190” təyyarəsi Bakıdan Qroznıya uçurdu, lakin təyinat yerinə enə bilməyib və Aktauya yönləndirilib. Dekabrın 25-də təyyarə qəzaya uğrayıb. Faciə nəticəsində iki pilot da daxil olmaqla 38 nəfər həlak olub, daha 29 nəfər yaralanıb.
Gülayə Mecid