AZ

AZAL-ın təyyarəsi dron hücumuna görə geri qayıtdı

Səhər saat 09:45-də Bakıdan Mineralnıye Vodı (Rusiya, Stavropol - red.) istiqamətində havaya qalxan AZAL-a məxsus "Embrarer E190" təyyarəsi geri dönüb.

Hurriyyet.az xəbər verir ki, "Flightradar24" sistemində bu barədə məlumat əks olunub. 

Təyyarənnin dron hücumları səbəbindən təhlükəsizliyə görə geri qayıtdığı bildirilir. 

AZAL-dan bildirilib ki, bununla bağlı tezliklə açıqlama veriləcək. 

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Rusiyanın bir sıra hava limanları bağlanıb, "xalça" sistemi tətbiq olunub.

Unikal.az

Seçilən
93
hurriyyet.az

1Mənbələr