AZ

Qazaxıstan aviaşirkəti Rusiyanın şəhərinə uçuşları dayandırdı- Bu səbəbdən

Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Astanadan Yekaterinburqa uçuşları müvəqqəti dayandırdığını açıqlayıb.

Azpost.info xəbər verir ki, məhdudiyyətlər 2025-ci il dekabrın 28-dən yanvarın 27-dək qüvvədə olacaq.

Aviaşirkətdən bildirilib ki, bu qərar Rusiyaya uçuşların risklərinin davamlı qiymətləndirilməsinin nəticələrinə əsasən qəbul edilib və təhlükəsizliklə bağlıdır.

“Qazaq Air” bu il dekabrın 28-dən 2025-ci il yanvarın 27-dək Astana – Yekaterinburq marşrutu üzrə uçuşları müvəqqəti dayandırmağa məcburdur”, – məlumatda deyilir.

Qeyd edək ki, dünən Qazaxıstan Baş naziri Oljas Bektenov höumətin fövqəladə iclasını çağıraraq AZAL-ın təyyarəsi ilə bağlı məlum insidentdən sonra ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini bəyan edib.

Azpost.info

Seçilən
25
azpost.info

1Mənbələr