AZ

Kunya MY-nin qapısına künc zərbəsindən vurduğu qolu dəyərləndirdi

İngiltərə Premyer Liqasının (İPL) 18-ci turunda öz meydanında "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edən "Vulverhemton"un braziliyalı hücumçusu Mateus Kunya "qırmızı şeytanlar"ın qapısına birbaşa künc zərbəsindən vurduğu qoldan danışıb.

Fanat.Az xəbər verir ki, "canavarlar"ın forvardının sözlərini BBC belə çatdırıb:

"Biz məşqlərdə bunun üzərində işləyirik. İkinci cəhddə bəxtim gətirdi və qol vurdum".

Xatırladaq ki, MY cari mövsüm artıq ikinci dəfədir ki, bu şəkildə qol buraxır. Mankunianlar dekabrın 19-da, İngiltərə Liqa Kubokunun 1/4 finalı çərçivəsində "Tottenhem"ə qarşı keçirdikləri görüşdə də (4:3) Son Hın Minin künc zərbəsindən fərqlənməsinə mane olmağı bacarmamışdılar.

Nihat 

Seçilən
73
fanat.az

1Mənbələr