AZAL Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırır, dekabrın 27-də aviaşirkətin mətbuat xidməti bildirib.
Bu addım AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələri və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınaraq atılıb.
Dekabrın 28-dən aşağıdakı şəhərlərə uçuşlar dayandırılır: Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı, Mahaçqala.