AZ

Alimlərdən maraqlı araşdırma: Qədim mumyadan xəstəlik aşkarlandı

İtaliyanın Turin şəhərindəki \"Museo Egizio\" 1780-ci ilə aid Misir mumiyasının sümük toxumasında Qara Ölüm aşkar edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Orta əsrlər Avropasında 50 milyon insanın ölümünə səbəb olan vəba kimi tanınan xəstəliyin DNT-si 3000 ildən çox yaşı olan qədim mumiyada tapılıb.

Sınaqlar nəticəsində mumiyada Yersinia pestis bakteriyası aşkar edilib. 

İnsanlarda vəba əsasən üç sindromla müəyyən edilir: bubonik, septisemik və pnevmonik. Bütün bu sindromların arxasında Yersinia pestis adlı bakteriya durur. Sözügedən bakteriya qalın və qısa bir quruluşa malik, sürətlə çoxalma qabiliyyətinə malik olan basil kimi tanınır. Qaranlıq və rütubətli mühitlərdə hətta bədəndən kənarda belə, uzun illər canlılığını qoruya bilir.
 
Yersinia pestis tərəfindən törədilən vəba tarix boyu və xüsusilə 14-cü əsrdə Avropada üç böyük pandemiyaya səbəb olub və \"qara ölüm\" kimi tanınan epidemiyaya səbəb olub.

Mikayıl
Seçilən
0
azxeber.com

1Mənbələr