AZ

Təyyarə qəzasında həlak olanlar üçün cənazə namazı qılınıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəhidlər məscidində Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlər və ekipaj üzvləri üçün qiyabi cənazə namazı qılınıb.
Oxu.Az xəbər verir ki, cənazə namazı cümə namazından sonra yerinə yetirilib.
Məscidin imamı Şaiq Əliyev Oxu.Az-a açıqlamasında bütün məscidlərdə məclislərin qurulduğunu deyib:
"Faciəli hadisə ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanlar İdarəsinin birgə təşəbbüsü ilə dünəndən etibarən məscidlərdə Quran oxunur, dualar edilir, həlak olanların xatirəsi uca tutulur. Bu təşəbbüsün davamı olaraq bu gün də cümə namazında xüsusi olaraq qəza və qədər xütbəsi ilə çıxış etdik və namazdan sonra həlak olanlar üçün qiyabi cənazə namazı qıldıq. Bu, çox yaxşı bir təşəbbüsdür. Çünki xalqımız kimliyindən, vəzifəsindən, statusundan asılı olmayaraq belə məqamlarda həmrəy olmalı, birlik nümayiş etdirməlidir. Bir neçə gündən sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir ki, atılan addımlar da bununla üst-üstə düşür. Yəni biz sözdə deyil, əməldə də həmrəy olduğumuzu göstəririk. Allah təyyarə qəzasında dünyasını dəyişənlərə rəhmət eləsin, ailələrinə səbir versin".
Mərahim Nəsib
Seçilən
11
oxu.az

1Mənbələr