"Sağ qalmağımız möcüzədir. Ekipaj üzvlərinin, ikinci pilotun qəhrəmanlıq göstərməsi nəticəsində sağ qalmışıq".
Bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalmış bələdçi Zülfüqar Əsədov deyib.
"Biz pilotun yanında deyildik. Amma bu məqamda pilotun fikri təyyarənin necə eniş edəcəyində olub. Yəqin ki, o da həyəcan keçirib", - deyə o bildirib.