Qazaxıstanın “Qazaq Air” şirkəti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından sonra Astana ilə Rusiyanın Yekaterinburq şəhəri arasında uçuşları bir ay müddətinə ləğv edib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, şirkət bu qərarı “sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi üçün” verdiyini açıqlayıb.
Məlumatda bildirilir ki, gələcəkdə uçuşların bərpası məsələsi 2025-ci il 27 yanvarda yenidən nəzərdən keçiriləcək.
Ləğv edilən uçuşlar üçün sərnişinlərə ödənişlər geri qaytarılacaq və ya alternativ uçuş variantları təklif ediləcək.
Həmçinin şirkət Omsk və Novosibirskə olan uçuşlarını davam etdirəcək.
Bununla yanaşı, dünən İsrailin “El Al” aviaşirkəti də Təl-Əvivdən Moskvaya olan uçuşlarını bir həftə müddətinə dayandırdığını açıqlayıb.
Şirkətin mətbuat xidməti bildirib ki, bu müddət başa çatdıqdan sonra vəziyyət qiymətləndiriləcək və uçuşların bərpası ilə bağlı qərar veriləcək.
Musavat.com